Shur restoranının mətbəxi müasir avadanlıqlarla təchiz olunub. Manqal və iki təndirin olması isə milli yeməklərin reseptlərinin orijinallığını qoruyub saxlamağa imkan yaradır. Baş aşpaz Əfqan Xankişiyevin rəhbərlik etdiyi aşpazlardan ibarət komandamız sizlər üçün bütöv quzu, şah plov, səbət, ləvəngi, ev sayağı turşular, mürəbbələr və milli şirniyyatlardan ibarət geniş çeşidli təalmar hazırlayacaqlar.
Əfqan 35 ildən çoxdur ki, yemək bişirir, xeyli sayda ənənəvi Azərbaycan reseptlərini və müasir texnikaları mükəmməl bilir. Onun təcrübəsi və bacarığı qonaqlarımız arasında artıq populyarlıq qazanmış unikal müəllif yeməkləri yaratmağa imkan verir. Bunlara labne ilə bişirilmiş dana əti qabırğaları, manqalda bişirilmiş ballı fransız cücəsi, marinə edilmiş kolrabi kələmi, ispanaqlı qızılbalıq kababı daxildir.
Qiqa Cobava Shur restoranının baş şirniyyatçısıdır. Yaraşıqlı və xarizmatik Qiqa gözəl zövqə malikdir.
O, Gürcüstan Kulinariya Assosiasiyasının üzvü, Michelin Bələdçisindən iki ulduz almış Twins Garden (Moskva) restoranı da daxil olmaqla, bir çox uğurlu layihələrin iştirakçısıdır.